"Qarabağ" məğlub oldu - Çempionlar Liqası

23:48 10.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində 6-cı tur oyununa çıxıb.

Hafta.az xəbər verir ki, komanda Tofiq Bəhramov adına Respublika Stadionunda Niderlandın "Ayaks" klubunu qəbul edib.

"Qarabağ" ötən il olduğu kimi yenə məğlub olub və sona 2 tur qalmış ilk 24-lüyə düşmək şansını çətinləşdirib.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 6-cı tur

"Qarabağ" (Azərbaycan) - "Ayaks" (Niderland) - 2:4 
Qol: Kamilo Duran, 10 (1:0), Kasper Dolberq, 39 1:1), Mateus Silva, 47 (2:1), Oskar Qlux, 79 (2:2), Anton Qoey, 83 (2:3), Oskar Qlux, 89 (2:4)